"Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts Türkiyənin istirahət zonası Bodrumda görüntülənib.
Unikal.org xəbər verir ki, dünyanın ən zəngin iş adamı lüks yaxtası ilə Bodruma gəlib. Daha sonra Qeyts və dostları bahalı restoranların birində nahar edib. Maraqlısı budur ki, Bill Qeyts nahardan sonra restorana artıqlaması ilə - 80 min lirə (16 min manat) hesab ödəyib.
Daha sonra Bill lüks yaxtasına minərək, ölkəsinə qayıdıb.