İranda ötən sutka ərzində 303 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 89 782 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 33 817 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 3 792 014 nəfərə çatıb.