ABŞ-ın keçmiş Gözəllik yarışının Kraliçası Regina Turnerin boşanma xəbəri mətuatın gündəminə düşüb.
Unikal.org xəbər verir ki, məşhur həkim Han Jo Kimlə evli olan modelin "eskort"luq (pul qarşılığında intim xidmət) etdiyi üzə çıxıb. Bunu üzə çıxaran da modelin əri olub.
Belə ki, 41 yaşlı həkimin həyat yoldaşının kompüterində gördüyü mesajlardan sonra şoka düşüb. Ərinə bir smartfon tətbiqi üzərində işlədiyini və zəngin bir investordan dəstək aldığını söyləyən keçmiş gözəllik kraliçasının əslində gizli bir həyatı olduğu ortaya çıxıb.
Kim iddia edib ki, Regina Turner dostları ilə çöldə olduğunu və ya iş üçün səyahət etdiyini deyəndə pul qarşılığında digər kişilərlə cinsi əlaqədə olub.
Keçmiş ərinə təhsili və işi ilə bağlı yalan danışdığı üzə çıxan Turner barəsində məhkəməyə sənədlər təqdim olunub. Sözügedən sənədlərdə modelin 2015-2021-ci illərdə "eskort"luqdan 700 min dollara yaxın gəlir əldə etdiyi qeyd edilib.
Bildirilir ki, 2011 -ci ildə "Gözəllik Kraliçası" seçilən Regina Turner, 2015 -ci ildə həkim Han Jo Kim ilə evlənib.