Çinin Pançjihua şəhər rəhbərliyi ölkədə ilk olaraq, ailədəki ikinci və üçüncü uşağa görə subsidiya verilməsinə başlayıb.
Unikal.org xəbər verir ki, ödəniləcək məbləğ üç yaşadək olan körpələrə şamil edilir. Qərara görə, ailədə hər ikinci və üçüncü uşağa 500 yuan (131 manat) aylıq yardım veriləcək.
Bundan əlavə, uşağın dünyaya gəlişinədək onun anası hamilə qadınlar üçün olan bütün xidmətlərdən pulsuz istifadə edə biləcək.
Qeyd edək ki, sözügedən yeniliklər Çində doğumun kəskin azalması ilə bağlıdır. Yaxın zamanda təbii artımın stimullaşdırılması üzrə müvafiq tədbirlərin bütün ölkə miqyasında tətbiq ediləcəyi gözlənilir.