Ötən gündən bəri Türkiyəni cənginə bürüyən meşə yanğınlarının söndürülmə işləri davam etdirilir.
Unikal.org xəbər verir ki, qardaş ölkədən gələn görüntülər hər kəsin ürəyini dağlayıb. Belə ki, meşədə yerləşən qəbiristanlıq yanğın nəticəsində yararsız hala düşüb. Lakin hər kəsin diqqətini çəkan məqam isə həmin qəbiristanlıqda yerləşən şəhid məzarının yanmamasıdır.
2018-ci ilin oktyabrın 27-də donaraq şəhid olan Mersinli əsgər Fərrux Dikmənin məzarı və baş ucundakı türk bayrağı şiddətli yanğına baxmayaraq, yanmayıb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. İnsanlar qəbiristanlığın tamamilə kül olduğunu, yalnız şəhid məzarının yanmamasını dilə gətiriblər.