2011-ci ildə silahlı hücum nəticəsində başından güllə yarası alan İbrahim Tatlıses, 2017-ci ildə əlil olaraq təqaüdə çıxıb.
Unikal.org xəbər verir ki, sənətçi son günlərdə 3 min 112 TL ( 632 AZN) təqaüdünü almadığı üçün Sosial Müdafiə qurumuna müraciət edib. Məlum olub ki, müğənni yenidən işə başladığı üçün təqaüddən məhrum olunub. Türkiyə SGK ( Sosial Müdafiə qurumu) məsələ ilə bağlı açıqlama verməyib.
Tatlısəs bu ildən ekranlara qayıtdığını, amma təqaüdünü 3 ildir almadığını vurğulayıb.