“Forbes” jurnalı məşhur müğənni Rihannanı milyarder elan edib.
Unikal.org xəbər verir ki, nəşrin məlumatına görə, müğənni 1.7 milyard dollar sərvətə malikdir. Əsl adı Robin Fenti olan ifaçı dünyanın ən zəngin qadın musiqiçisi Opra Uinfridən sonra ən varlı qadın ulduzdur.
Rihannanın sərvətinin 1,4 milyard dolları hazırda 50 faiz paya sahib olduğu "Fenty Beauty" markasından gəlir. Varidatının qalan hissəsini iç geyimləri markası "Savage x Fenty", eyni zamanda musiqi və aktyorluq karyerasından qazanıb.
O, markalarının tanıtımını 102,5 milyon izləyicisi olan tvitter və 101 milyonluq İnstaqram hesabları üzərindən edir.