“Kuruluş Osman” serialında baş rolu canlandıran aktyor Burak Özçivit sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının söndürülməsində iştirak edən hər kəsə təşəkkür edən aktyor hadisəni törədənlərə üsyan edib:
“Yanan meşələri görməyə ürək dözmür. Bunu edənlərin həqiqətən yatacaq yerləri yoxdur. Orada çalışan hər kəsin əməyinə sağlıq, haqqınızı ödəyə bilmərik. Tezliklə bu vəziyyətdən xilas olmaq və gözəl günlər görmək ümidi ilə”.