Türkiyənin Qocaəli ərazisində qətl  hadisəsi  baş verib. 

Unikal.org xəbər verir ki,  18 yaşlı Sude Akarsu adlı qız birlikdə yaşadığı sevgilisinin evində başından silahla vurularaq öldürülüb. Gənc qız xəstəxanaya çatdırılsa da,  onun həyatını  xilas etmək mümkün olmayıb.  

Bildirilir ki,  cinayət zamanı  Sude evdə  tək olub. Hadisənin kim və  ya kimlər  tərəfindən törədildiyi  məlum deyil. Faktla bağlı araşdırma aparılır.  

Gülayə  Mecid