Dünyada koronavirusa yoluxanların ümumi sayı 200,2 milyonu keçib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, yoluxanların sayının faizlə nisbəti isə dünya əhalisinin 2,5 faizindən çox olub. 

BMT-nin açıqladığı rəqəmlərə əsasən, dünya əhalisinin 7,875 milyard nəfər olduğunu nəzərə alsaq, rahatlıqla demək olar ki, indiyə qədər dünyadakı hər 40 nəfərdən biri koronavirusa yoluxub.

Yoluxma hallarının ümumi sayının 50 faizinə yaxını beş ölkənin – ABŞ, Hindistan, Braziliya, Rusiya, Fransanın payına düşür.

Ağarza Elçinoğlu