Türkiyədə son sutka ərzində 101 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Türkiyədə son 24 saatda 243 280 nəfər test edilib, onlardan 23 957-nin koronavirus testi pozitiv çıxıb, 6941 pasiyent xəstəlikdən sağalıb.

Bundan əlavə, ölkədə indiyədək COVİD-19 əleyhinə 75 554 132 peyvənd vurulub.