Livanın “Hizbullah” hərəkatı İsraili raket atəşinə tutub.

Unikal.org xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Raket hücumu nəticəsində mülki şəxslər arasında itkilərin və dağıntının olub-olmaması barədə məlumat verilməyib.

İsrailin "Kanal 13" televiziya kanalının yaydığı xəbərə görə, təkcə bir gün ərzində Livandan İsrailə ən azı 10 raket atılıb.