Konqo Demokratik Respublikasının şərqində azı 15 nəfər son iki gün ərzində "Demokratik Qüvvələr İttifaqı" DS) terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb.

Unikal.org xəbər verir ki, bu barədə yerli icmalara istinadən “Agence France-Presse” (AFP) bildirib.

Məlumata görə, Şimali Kivu əyalətində, Beni ərazisində iki hücum edilib. Birinci hücumu silahlılar avqustun 5-də keçiriblər və Mbinqi kəndində 10 nəfəri öldürüblər. Növbəti gün onlar Mbinqidən 1 kilometr məsafədə yerləşən başqa kəndə hücum ediblər və daha beş sakini öldürüblər.

Terrorçulara qarşı mübarizə üçün əraziyə ordu hissələri göndərilib.