ABŞ SARS-CoV-2-nin ilk dalğasını dəf edə bildiyi kimi ölkədə yeni koronavirusun "Delta" variantının sürətlə yayılmasını dayandıra bilər.

Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərin qarşısında çıxış edən ABŞ prezidenti Co Bayden bildirib.

Dövlət başçısı bildirib: "Orijinal COVID-19-u məğlub etdiyimiz kimi, Amerika "Delta" ştammını da məğlub edə bilər. Biz bunu baca bilərik".

O qeyd edib ki, son yeddi ay ərzində Amerika hakimiyyəti "COVID-19-dan ölüm hallarının sayını 90 faiz azaldıb". ABŞ prezidenti vətəndaşları peyvənd olunmağa çağırış edərək əlavə edib ki, "Delta" variantının yayılması vaksinasiya olunmayanların pandemiyasıdır.