Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Unikal.org Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 04.40 radələrində Balıkesir-Edremit yolunda baş verib.

Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb.