Gürcüstanda ötən sutkada daha 3 344 nəfərə koronavirus diaqnozu qoyulub, 3 376 nəfər müalicə olunaraq sağalıb, 30 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 447 913 nəfər yoluxub ki, onların 400 616-sı sağalıb, 6 084-ü ölüb.