Türkiyənin Aydın vilayətinin Akçaova kəndində yerləşən meşə massivində baş verən yanğınlar söndürülüb.
Unikal.org xəbər verir ki, ötən gün bu ərazidə baş verən yanğınlar öz şiddətini artırıb.
Bu səbəbdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Gecə saatlarına qədər davam edən əməliyyatda yanğınlar lokallaşdırılıb və soyutma işləri görülüb.
Yanğınsöndürmə əməliyyatında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xuduyev iştirak edib.