Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsində "Kumtor" qızıl mədəni ilə əlaqədar cinayət işi əlaqədar ifadə verdikdən sonra ölkəni tərk edib.
Unikal.org xəbər verir ki, bunu Ə. Akayevin yaxın tərəfdarı Bekbolot Talqarbekov bildirib.
Qeyd edək ki, 16 ildir ki, Moskvada yaşayan Ə. Akayev iyulun 2-də təyyarə ilə Bişkekə gəlib B. Talqarbekov deyib ki, Ə. Akayev istintaqda ona ünvanlanan bütün suallara cavab verib, bundan sonra ölkəyə ya öz istəyi, ya da istintaqın tələbi ilə gələ bilər. Qırğızıstanda olduğu müddətdə isə Ə. Akayev Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb, anadan olduğu kəndə, həmçinin Talas vilayətinə səfər edib.
Xatırladaq ki, Qırğızıstanın eks-prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilmişdi.