Latviyada özəl təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Polisi bildirib.

"Bu gün saat 13:30 radələrində Dövlət Polisi Sessisk əyalətində, Priekulsk aerodromunda təyyarənin qəzaya uğraması barədə informasiya alıb. Hadisə yerində Dölət Polisi işləyir və qəzanın başvermə şəraitini müəyyənləşdirir.

Qəza nəticəsində təyyarənin sərnişini zərər çəkib, o tibb müəssisəsinə çatdırılıb, amma pilot həlak olub”, - deyə Dövlət Polisinin "Twitter"də paylaşdığı xəbərdə deyilir.