Gürcüstanda son sutkada daha 2 236 nəfərdə koronavirus aşkarlanıb, 44 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Ötən 24 saat ərzində daha 3 146 nəfər müalicə olunaraq sağalıb.
Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 450 149 nəfər təşkil edir. Onların 403 762-si sağalıb, 6 128-i ölüb.