Türkiyədən günlərdir ard-arda gələn qadınlara qarşı zorakılıq və ölüm xəbərləri hər kəsi sarsıdıb.
Unikal.org xəbər verir ki, bu gün səhər saatlarında da 21 yaşlı qadın başında silahla vurulub. Belə ki, 21 yaşlı Şenay Ay, sevgilisi 25 yaşlı Muhammet Sayınla birlikdə otellərin birində gecələyiblər.
Lakin səhər saatlarında gələn silah səsi hər kəsi dəhşətə salıb. Muhammet Sayın hamam otağında olarkən, sevgilisi 21 yaşlı Şenya silahla özünü başından vurub. Oğlan qızı xilas etmək üçün qısa zamanda xəstəxanaya çatdırıb. Həkimlər onu reanimasiya şöbəsinə alıblar. Qızın həyatını xilas etmək mümkün olub.
Şenay Ayın hansı səbəbdən özünə qəsd etməsi məlum deyil. Bununla yanaşı, qızın sevgilsi şübhəli qismində saxlanılıb. O, hadisədən xəbərsiz olduğunu dilə gətirsə də, barəsində qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid