Şərti adı Aleysa İvanova olan qadın hər səhər yuxudan oyanır və qapısının nə vaxt döyüləcəyini gözləyir.
Unikal.org xəbər verir ki, Belarusda bir jurnalist olaraq onun ölkə ilə bağlı xəbərləri Aleksandr Lukaşenko rejimi üçün təhlükə kimi qiymətləndirilirb.
"Növbəti siz ola biləcəyinizi başa düşürsünüz? Hər gün yuxudan duranda düşünürəm ki, bəlkə sabah, bəlkə də bu gün olacaq. Bəlkə bu axşam mənim üçün gələcəklər", - deyə İvanova bildirib.
İvanova, son həftələrdə repressiyaların artdığını, hər gün başqa birinin Dövlət Təhlükəsizlik Qüvvələri tərəfindən tutulması ilə bağlı xəbərlərin gəldiyini söyləyib.
Qeyd edilib ki, iyulun 14-dən 16-dək Viasna, Human Konstanta, Legal Initiativ, eləcə də Belarus Helsinki Komitəsi, Belarus Jurnalistlər Birliyi, Belarus İnsan Hüquqları Təşkilatlarının evlərində və ofislərində, həmçinin bir çoxları da daxil olmaqla 60-dan çox axtarış aparılıb. Axtarışlar zamanı noutbuklar, mobil telefonlar və kompüterlər də daxil olmaqla sənədlər və İT avadanlıqları ələ keçirilib.
Daha əvvəl, 8-9 və 16 iyul tarixlərində səlahiyyətlilər müstəqil mətbuat orqanlarının və işçilərinin ev və binalarına basqın edərək bir neçə jurnalisti saxlayıblar.
Bildirilib ki, 30-dan çox media işçisi və onlarla blogger hələ də həbsdə qalıb.
Ağarza Elçinoğlu