Zimbabvedə 14 yaşlı bir qız kilsədə uşaq dünyaya gətirməsindən sonra ölüb.
Unikal.org xəbər verir ki, bu hadisədən sonra Birləşmiş Millətlər Təşkilatı vətəndaşların və hüquq müdafiəçilərinin qəzəbinə səbəb olan uşaq evliliyini pisləyib.
Bildirilib ki, Zimbabvedə hökumət ənənəvi olaraq uşaq evliliyinə göz yumur.
BMT-nin Zimbabvedəki nümayəndəliyinin bəyanatında, ölkənin şərqindəki Marange kəndindən olan 14 yaşlı Memory Machayanın ölümünə səbəb olan evlilik qınanıb:
"Təəssüf ki, yetkinlik yaşına çatmayan qızların cinsi zorakılığa məruz qalması, o cümlədən məcburi uşaq evləndirmələri ilə bağlı narahatlıq doğuran xəbərlər yayılmağa davam edir və bu, başqa bir kədərli haldır. Dərin narahatlıqla qeyd edir və şiddətlə qınayırıq".
Ağarza Elçinoğlu