İranda ötən sutka ərzində 588 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 94 603 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 40 808 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4 199 537 nəfərə çatıb.