Megapolis tədqiqat və inkişaf layihəsi çərçivəsində beşinci nəsil Su-57 qırıcısının təkmilləşdirilmiş versiyasının istehsalına 2025-ci ildə başlanılacağı bildirilib. 

Unikal.org xəbər verir ki, bununla bağlı Hərbi Sənaye Sektorundakı mənbə "TASS"a məlumat verib. 

"Megapolis tədqiqat və inkişaf layihəsi çərçivəsində qırıcının təkmilləşdirilmiş versiyasında, ən qabaqcıl avionikaya malik tamamilə təkmil bir qurğu quraşdırılacaq. Əlavə olaraq təyyarədə ikinci mərhələ enerji bloku quraşdırılacaq. Planlaşdırılır ki, təkmilləşdirilmiş Su-57-nin kütləvi istehsalına 2025-ci ildən başlanacaq",- deyə bildirib.

Ağarza Elçinoğlu