"Taliban" yaraqlıları bir gün ərzində Əfqanıstanın 3 əsas şəhərlərini ələ keçirib.
Unikal.org "Guardian"a istinadən xəbər verir ki, bunlar Kunduz, Sar-e-Pul və Talukan şəhərləridir.
Məlumata əsasən, terrorçular ilk olaraq Tacikistan ilə sərhədə yaxın ərazidə yerləşən, həmçinin vacib strateji məntəqə olan Kunduz şəhərini ələ keçirib.
Kunduz ələ keçirildikdən dərhal sonra Sar-e-Pul və Talukan şəhərləri üzərində nəzarəti ələ keçirilib.
Bəzi məlumatlara əsasən, "Taliban" yaraqlıları dinc sakinləri qətlə yetirir.
Qeyd edək ki, Əfqanıstanda vəziyyət getdikcə pisləşir. Belə ki, hazırda ölkədə hökumət qüvvələri ilə "Taliban" hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə "Taliban" döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir.
KİV-in məlumatına görə, "Taliban" artıq ölkənin əksər bölgəsinə nəzarəti ələ keçirib.
Ağarza Elçinoğlu