İtaliyanın cənub bölgələrində meşə yanğınları başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

Meşə yanğınlarına səbəb kimi yüksək temperatur və küləkli hava şəraiti göstərilir.

Yanğınlar nəticəsində minlərlə hektar ərazi yararsız hala düşüb və bir nəfər həlak olub.

Yerli KİV xəbər verir ki, yanğınlar Siciliyanı da əhatə edir. Güclü alov ağacları məhv edib. Hazırda adanın cənub və mərkəzi hissələrindəki  obyeklər təhlükə altındadır.