Rusiyanın Kamçatka bölgəsində “Mi-8” helikopteri qəzaya uğrayıb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 13 turist və üç ekipaj üzvü olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətin məlumata görə, avqust 12-də Moskva vaxtı ilə saat 00:50-də Kronotski qoruğunun Kuril gölü ərazisinə sərt eniş edən helikopter “Vityaz-Aero” şirkətinə məxsus olub. Qəzadan zərərçəkənlərə kömək üçün Kamçatkada axtarış-xilasetmə işlərinə 45 canlı qüvvə və 8 texnika cəlb olunub.