Hindistanın dağlıq bölgəsi olan Himaçal-Pradeş ştatında torpaq sürüşməsi baş verib. 

Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, sözügedən təbii fəlakət nəticəsində 13 nəfər həlak olub.

Bu haqda məlumatı ölkənin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə qurumun  yerli nümayəndəsi Sudeş Kumar Moxta yayıb. 

Bildirilib ki, torpaq sürüşməsi nəticəsində bir neçə maşın, avtobus və yük maşını dağıntılar altında qalıb.

Ağarza Elçinoğlu