Türkiyədə 15 gün davam böyük miqyaslı meşə yanğınları söndürülüb.

Unikal.org xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində bu barədə yazıb.

Nazir Muğlanın Göyçeğiz rayonundakı yanğının da nəzarətə alındığını qeyd edib.

Türkiyə tarixində gördüyü ən böyük meşə yanğınları olduğunu bildirən Bekir Pakdemirli 28 iyuldan başlayan bu fəlakətin aradan qaldırılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla dəstək verən ölkələrə, dövlət qurum və təşkilatlarına, türk millətinə təşəkkür edib.