Qara dənizin qərbinə yağan şiddətli yağışlar Kastamonu, Bartın və Sinopda sel və torpaq sürüşməsinə səbəb olub.

Unikal.org Türkiyənin yerli mənbələrinə istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) selin fəsadları barədə açıqlama yayıb.

Məlumata əsasən, sel nəticəsində Kastamonuda 5 nəfər həlak olub. Bartında isə sel səbəbindən itkin düşən bir nəfərin axtarışları davam edir. Bununla yanaşı, təbii fəlakət qeyd edilən ərazilərdə bir çox fəsadlar törədib. 

Ağarza Elçinoğlu