Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi barəsində həbs qərarı verilib.

Unikal.org xəbər verir ki, Liviya Hərbi Prokurorluğu,  Qəddafiyə "qətl" və "muzdlu işçilərdən istifadə" ittihamı irəli sürüb.  Həbs qərarının, Rusiya Vaqner muzdlu qrupunun Xəlifə Həftərin qüvvələri və Tripoliyə etdiyi hücumda öldürülən insanlarla əlaqəli olduğu ifadə edilib. 

Qeyd edək ki, Seyfulislam Qəddafi bir neçə həftə əvvəl uzun fasilədən sonra ilk dəfə xarici jurnalistə müsahibə  verib.  O, siyasətə qayıtmağa hazırlaşdığını bildirmişdi.

Gülayə  Mecid