Əfqanıstan ordusunun yüzlərlə hərbçisi ölkənin şimalında yerləşən Kunduz vilayətində "Taliban"a müqavimət göstərməkdən imtina edərək təslim olublar.

Unikal.org "The Washington Post"a istinadən xəbər verir ki, bu, ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstan ordusunun sıralarında ən böyük seyrəlmədir.

Həmçinin qeyd olunur ki, təslim olan hərbçilər, əsasən, ABŞ istehsalı olan qiymətli silah-sursatı "Taliban" terror təşkilatına təhvil veriblər.

Ordu üzvləri taliblər tərəfindən başqa əraziyə aparılıb. Onların təhlükəsizliyi vilayəti tərk etməmək şərti ilə təmin olunacaq.

Ağarza Elçinoğlu