NATO-nun kəşfiyyat təyyarələri Qara dəniz üzərindəki hava sahəsində uçuşları bu il demək olar ki, üç dəfə artırıb.

Unikal.org xəbər verir ki, bu sözləri Rusiyanın Cənub Hərbi Dairəsinin 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komandanı Nikolay Qostev cümə axşamı günü bildirib. 

Bundan əlavə, NATO ölkələrinin son zamanlarda Rusiyanın cənub sərhədlərinə ciddi maraq göstərdiyi də qeyd edilib:

"Keçən illə müqayisədə, NATO-nun Qara dəniz üzərindəki kəşfiyyat təyyarələrinin uçuşlarının intensivliyi demək olar ki, üç dəfə artıb. Qərb tərəfdaşlarımızın təyyarələri 2019-cu ildə 270, 2020-ci ildə, təxminən, 530 və 560-dan çox kəşfiyyat uçuşu həyata keçirib". 

Ağarza Elçinoğlu