Smartfonlarda bəzi funksiyalar var ki, istismar müddəti bitənə qədər onlardan istifadəyə ehtiyac olmur.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın “Telecom Daily” informasiya və analitik agentliyinin direktoru Denis Kuskov bildirib.

Onun sözlərinə görə, smartfonlarda populyarlıq qazana bilməyən funksiyalardan biri “Simsiz şarj”dır. Buna səbəb kimi ekspert “Power Bank”ın və ya adi kabelin daha rahat olmasını vurğulayıb.

Kuskov həmçinin “Jest nəzarəti”nin də narahatlıq baxımından uğur qazana bilmədiyini vurğulayıb.

“Bu funksiya ona görə populyarlaşmadı ki, telefonu əlinə götürüb komanda vermək və ya əllə müəyyən işləri görmək jestləri idarə etməkdən daha rahatdır”, - deyə o əlavə edib.

Ekspert bundan başqa 3D kameralar, 3D ekranlar və “ikinci ekran” funksiyasının da insanların qəlbində özünə yer tapmadığını qeyd etdi.