Avropada havanın temperaturu 44 illik rekordu yeniləyib və demək olar ki, 49 dərəcəyə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 11-də Siciliyanın Sirakuza şəhərində havanın temperaturu 48,8 dərəcə olub. Buna qədər yalnız 1977-ci il avqustun 11-də Afinada 48 dərəcə temperatur qeydə alınıb.

Avropa alimləri, həmçinin növbəti günlərdə bu rekordun yenilənəcəyini istisna etməyiblər.

Ağarza Elçinoğlu