NATO Əfqanıstan hökumətinə bacardığı qədər kömək etmək niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə NATO -nun Baş katibi Yens Stoltenberq məlumat verib.
“Məqsədimiz Əfqanıstan hökumətinə və təhlükəsizlik qüvvələrinə mümkün qədər uzun müddət dəstək olmaqdır”, - deyə o qeyd edib.
Alyans “Taliban”a Əfqanıstanda hakimiyyəti zorla ələ keçirsələr, beynəlxalq ictimaiyyətin onları tanımayacağı barədə xəbərdarlıq edib.