Abşeron rayonunda qohumlar arasında dava baş verib.
Unikal.org xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Mübarizlə qohumu, 1962-ci il təvəllüdlü Nəsibov Sakit arasında arasında əlbəyaxa dava düşüb.
Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Müyinə zamanı M. Məmmədova ənsə-alın və bel nahiyənin kəsilmiş yaraları, S. Nəsibova isə baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.(report.az)