Yevlax şəhərində piyadanı maşın vurub.

Unikal.org-un məlumatına görə, hadisə 2 saylı orta məktəbin yaxınlığında baş verib. Minik avtomobili 2003-cü il təvəllüdlü, rayon sakini Qasımova Səma İman qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.