Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 676 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 484 254, ölənlərin sayı isə 6 436 nəfərə çatıb. Virusa yoluxanlardan 425 651 nəfərin sağaldığı bildirilir.