Fələstinin yerli hakimiyyəti, ölkənin qərbindəki Cenin şəhərində İsrail əsgərləri ilə qarşıdurmaların baş verdiyini bildirib. 

Unikal.org xəbər verir ki, bazar ertəsi günü baş verən hadisə nəticəsində dörd fələstinlinin öldüyü qeyd olunub. 

Cenin valisi Əkrəm Rəcubun dediklərinə görə, İsrail əsgərlərinin şəhərə hücum edərək onlarla fələstinli ilə toqquşmasından sonra dörd Fələstin vətəndaşı öldürülüb. 

O, öldürülənlərdən ikisinin Ceninin xəstəxanasına aparıldığını, digər ikisinin də cəsədinin İsrail ordusunun nəzarətində olduğunu deyib.

İsrail mediası isə ordunun qarşıdurmalar zamanı 4 fələstinlini öldürdüyünü və 4 nəfəri yaraladığını bildirib. 

Ağarza Elçinoğlu