Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.
Bunu Unikal.org-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu, Köçəkli kənd sakini Cəmil Mehrəliyev olduğu məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.
Seymur Əli