Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 72-yə yüksəlib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kastamonuda 60, Sinopda 11, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 72 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir. Qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakəti nəticəsində 47 nəfər itkin düşmüş sayılır.