Rusiya Federasiyasında sentyabrın 1-də başlanacaq yeni dərs ili əyani formatda keçiriləcək.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov jurnalistlərə məlumat verib.
Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu vurğulayıb. S.Kravtsov əlavə edib ki, hər region özlüyündə epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır.
Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin də əleyhinə çıxıb.
Ağarza Elçinoğlu