ABŞ hakimiyyəti avqustun 17-də Əfqanıstandan 1,1 minə yaxın ABŞ vətəndaşını, Birləşmiş Ştatlarda yaşamaq icazəsi olan şəxslər və onların ailə üzvlərini təxliyyə edib.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi bildirib.
Məlumata görə, Əfqanıstandan son günlər ərzində ümumilikdə 3,2 mindən çox insan təxliyyə edilib:
"Bu gün ABŞ-ın hərbi reysləri ilə təxminən 1,1 min ABŞ vətəndaşı, daimi ABŞ sakinləri və onların ailə üzvləri təxliyyə edilib. Axını tənzimlədiyimizdə, bu rəqəmlər artacaq.
İndiyədək işçilərimiz də daxil olmaqla, 3,2 mindən çox insanı təxliyyə etmişik".
Ağarza Elçinoğlu