İranda ötən sutka ərzində 583 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 99 691 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 39 174 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 556 417 nəfərə çatıb. Virus daşıyıcılarından 7 490 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 814 127 nəfər koronavirusdan sağalıb, 27,4 milyondan çox diaqnoz testi həyata keçirilib.