Taliban Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra prezident Əşrəf Qani ölkəni tərk edərək Tacikistana sığınıb. Lakin Qanini ölkəni tərk edərkən yalnız olması diqqət çəkib.
Unikal.org xəbər verir ki, "New York Post" qəzeti Qaninin ailə üzvlərinin harda olmasını araşdırıb. Qəzetdə qeyd olunan məlumata görə, Əşrəf Qaninin rejissor qızı Mariam Qani dəbdəbəli həyat tərzi ilə Nyu-Yorkda görüntülənib.
Belə ki, Mariam Qani gecə saatlarında lüks restoranların birindən çıxarkən jurnalistlərin obyektinə tuş gəlib. 42 yaşlı Mariam Qani ona verilən sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, rəssam, sənətçi və rejissor olan Qaninin bir çox sənət əsəri dünyanın ən böyük qalereyalarında - "Guggenheim ve MOMA" və Londonda yerləşən "Tate Modern"də nümayiş etdirilir.
Gülayə Mecid