Əfqanıstanı tərk edən Prezident Əşrəf Qani BƏƏ -nin paytaxtı Əbu -Dabidə xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Fəhriddin Qarizadə məlumat yayıb.
"Əbu -Dabidə olan keçmiş Əfqanıstan prezidentinin səhhətinin pisləşdiyinə dair məlumatlar var. Bir sıra diplomatik mənbələrə görə, Qani bir neçə saat əvvəl müalicə üçün xəstəxanaya yerləşdirilib",- deyə F. Qarizadə bildirib.
Qeyd edək ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirəndən sonra Əşrəf Qani ölkəni tərk etmişdi.