İsraildə gündəlik koronavirusa yoluxma sayında artım müşahidə olunduğu üçün yeni məhdudiyyətlər qüvvəyə minib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Uğurlu vaksinasiya proqramına baxmayaraq, İsraildə yanvar ayından bəri ən çox gündəlik yoluxma qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində 8700 -dən çox insan koronavirusa yoluxub
Bildirilir ki, bundan sonra vətəndaşlar ictimai yerləri ziyarət etmək üçün peyvənd sertifikatları və ya koronavirus testlərin təqdim etməli olacaqlar. Bundan əlavə, mağazaların, ticarət mərkəzlərinin və sənaye parklarının tutumu yeddi kvadrat metrə bir nəfərlə məhdudlaşdırılacaq.