Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 168 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 19 944 nəfər COVID-19 infeksiyasına yoluxub, 15 537 nəfər isə sağalıb.